Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya nüvə qatarı yaradır

Rusiya nüvə qatarı yaradır

Rusiya və Tacikistan nüvə reaktoru tikə bilərlər (27 Fevral 2017 20:12)
“Bu, qlobal sivilizasiyanın faciəsi ilə nəticələnəcək” - DƏHŞƏTLİ PROQNOZ (24 Fevral 2017 21:03)
“ABŞ öz saatını sakitcə gözləməlidir” - Putinin “nüvə” PROBLEMİ (24 Fevral 2017 19:33)

Tarix: 22 Noyabr 2016 23:38

Rusiya nüvə qatarının yaradılması üzərində işləyir.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Plesetsk kosmodromunda perspektivli döyüş dəmir yolu kompleksi üçün qitələrarası “Barquzin” ballistik raketin ilk sınaqları həyata keçirilib.

2000-ci illərdə nüvə qatarları istifadə edilib. Amma bir neçə il sonra bu silahın yenidən Strateji təyinatlı raket qüvvələrinin tərkibinə qaytarılmasına qərar verilib.

Qitələrarası “Barquzin” ballistik raketin sınaqları təxminən iki həftə əvvəl keçirilib və müvəffəqiyyətlə başa çatıb. Sınaqlar sözügedən raketlərin yoxlanılmasının ilk mərhələsidir. Növbəti ilin başlanğıcında Strateji təyinatlı raket qüvvələrinin komandanı general-polkovnik Sergey Karakayev prezident Vladimir Putinə dəmir yolu kompleksinin genişlənilməsi perspektivlərindən danışacaq.

Hərbi ekspert Dmitri Litovkinin sözlərinə görə, müvəffəqiyyətli sınaqlar onu göstərir ki, raket vaqondan atıla bilər və eyni zamanda vaqon çevrilməyəcək. “Dəmir yolu kompleksinin yaradılması bu və ya sabahın məsələsi deyil. Biz hələ yolun başlanğıcındayıq”, - Litovkin əlavə edib.

Strateji təyinatlı raket qüvvələrinin komandanlığının hesablamalarına görə, Rusiya ordusu nüvə qatarından 2040-cı ilə qədər istismar edəcək.

Ömər


Teqlər:  Rusiya nüvə qatarı yaradır



RƏYLƏR


Top xəbərlər