Rusiyada 24 məktəbli zəhərləndi

Rusiyada 24 məktəbli zəhərləndi
23:42 22 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Perm vilayətinin Vereşaqino şəhərində 20-dən çox məktəbli "kəskin enterokolit" diaqnozuyla xəstəxanaya yerləşdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "RİA Novosti" Rusiya Federasiyası Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, regional prokurorluq faktla bağlı yoxlama təşkil edib. İlkin informasiyaya görə, uşaqlar məktəbin yemək otağında nahardan sonra kəskin qarın ağrıları və ürək bulanmasından şikayət ediblər.
Zəhərlənmə ilə əlaqədar Vereşaqino Mərkəzi Rayon Xəstəxanasına "kəskin enterokolit" diaqnozuyla 2-4-cü siniflərdə oxuyan 24 şagird yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Prokurorluq məktəbin qida məhsulları ilə təminatının "Vereşaqino Uşaq Qida kombinatı" tərəfindən həyata keçirildiyini müəyyənləşdirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR