Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyadan Əsədə növbəti dəstək - "Yaşıl dəhliz"

Rusiyadan Əsədə növbəti dəstək - "Yaşıl dəhliz"

Date: 22 November 2016 23:47

Bəşər Əsəd Rusiya layihələrinin Suriyada icrası üçün yaxşı şərtlər yaradacağı barədə bizə təminat verib. Həmçinin rəsmi Dəməşqlə "Yaşıl dəhliz" müqaviləsi də imzaladıq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Suriya lideri Bəşər Əsəd və Xarici İşlər naziri Vəlid Müəllimlə baş tutan görüşü ilə bağlı "TASS"a danışarkən deyib.

O bildirib ki, müzakirələrin əsas mövzusu Rusiyanın Suriya üçün nəzərdə tutduğu iqtisadi yardım olub:

"Rusiya şirkətlərinin Suriyada fəaliyyəti ilə bağlı razılığa gəldik. Bu gün enerji və nəqliyyat sahəsində Əsədə önəmli layihələr də təklif etdik".

Roqozin bundan əlavə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracı ilə bağlı "Yaşıl dəhliz"adlı sadələşdirilmiş gömrük rejiminin tətbiqi barədə razılaşdığını da vurğulayıb.

Milli.Az


Tags:  Rusiyadan Əsədə növbəti dəstək Yaşıl dəhliz

RƏYLƏR


Top news