Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mosuldan qaçmış 352 qaçqın Türkiyəyə sığınıb

Mosuldan qaçmış 352 qaçqın Türkiyəyə sığınıb

Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 minə çatıb (12 Mart 2017 20:52)
Qərbi Mosuldan qaçqın düşənlərin sayı açıqlandı (12 Mart 2017 20:49)

Tarix: 22 Noyabr 2016 23:57

Bakı. 22 noyabr. REPORT.AZ/ İraqın Mosul şəhərinin terrorçulardan təmizlənilməsi məqsədilə keçirilən hərbi əməliyyatlar öncəsi şəhərdən qaçmış 352 qaçqın Türkiyəyə sığınıb.
"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib. Məlumata görə, İraqdan qaçaraq Türkiyəyə sığınan 352 iraqlı türkmən, ərəb Kayseridə tibbi yoxlanışdan keçirildikdən sonra Türkiyənin bir sıra şəhərlərinə gediblər.
Onlar təxminən bir ay əvvəl Suriya sərhədindən Hataya gəliblər. Jandarm və polis İdarəsində avtobuslara mindirilən qaçqınlar Kayseri Miqrasiya İdarəsinin Mərkəzinə yerləşdiriliblər.
Mühacirlər bu gün axşam saatlarında Təhsil və Araşdırma Xəstəxanasının Sağlamlıq İdarəsindən tibbi yoxlanışdan keçirildikdən sonra sərbəst buraxılıblar.
Qaçqınların əksəriyyəti terminala gedərək Ankaya və İstanbula üz tutub.

Teqlər:  Mosuldan qaçmış 352 qaçqın Türkiyəyə sığınıb



RƏYLƏR


Top xəbərlər