Prezidentin qızı azarkeşlərə axmaq dedi - FOTOLAR

Prezidentin qızı azarkeşlərə axmaq dedi -   FOTOLAR
00:07 23 Noyabr 2016
189 İdman
Ölkə mətbuatı
A- A+

"Valensiya"nın sahibi Peter Limin qızı Kim Lim qalmaqala səbəb olub. Fanat.Az xəbər verir ki, cümə günü İngiltərənin Mançester şəhərinə yollanan və "Instagram" hesabından fotolar paylaşan sinqapurlu prezidentin qızı azarkeşlərin hədəfinə tuş gəlib.


Bir qrup fanat onun başqa klublarla maraqlanmaqdansa, "Valensiya" ilə maraqlanmalı olduğunu yazıb. Həttə bəzi mesajlar sərt və kupud olub.


Kim Limin cavabı isə gecikməyib. O, "Instagram" hesabından yaydığı açıqlamada "Valensiya" fanatlarını "axmaq" adlandırıb: 


"Fikrimcə, bəzi "Valensiya" azarkeşləri mənim həyatıma nəzarət edə biləcəklərini düşünəcək qədər axmaqdı. Başqa bir oyunu izləmək istəyirsəm, bu mənim seçimimdi. Bu "Valensiya"nı dəstəkləmədiyim anlamına gəlmir. Belə axmaq şərhlər yazaraq iyrəncləşməyin. Məni sevmirsəniz "Instagram" hesabımı təqib etməyin. Sizə ehtiyacı yoxdu".


Fanat.Az











Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prezidentin-qz-azarkelr-axmaq-dedi-t54366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR