Pentaqon: "Əl-Qaida" rəhbərlərindən biri Suriyada məhv edilib

Pentaqon: "Əl-Qaida" rəhbərlərindən biri Suriyada məhv edilib
00:27 23 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ iddia edir ki, "Əl-Qaida" beynəlxalq terror qruplaşmasının yerli bölmələrindən birinin rəhbəri, Misir əsilli Əbu əl-Fərəc əl-Məsri Suriyada məhv edilib.
"Report" "TASS"a istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk belə bir iddia ilə çıxış edib.
Mətbuat katibi jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bununla bağlı əməliyyatı "Əl Qaida"ya növbəti zərbə kimi qiymətləndirib. Piter Kuk əl-Məsrinin noyabrın 18-də məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, Pentaqon oktyabrın əvvəllərində də əl-Məsrinin məhv edildiyini xəbər vermişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pentaqon-el-qaida-rehberlerinden-biri-suriyada-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR