Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

24 ibtidai sinif şagirdi yeməkxanada zəhərləndi

24 ibtidai sinif şagirdi yeməkxanada zəhərləndi

Qardabanidə bilik yarışı keçirildi (04 Mart 2017 20:59)
​Şirvanda məktəbdə dəhşətli hadisə - 9-cu sinif şagirdi 3-cü sinif şagirdini zorladı (25 Fevral 2017 13:01)
Dərsliklərdə növbəti BİABIRÇILIQ: müəllimlər çaş-baş qaldı - FOTO/VİDEO (15 Fevral 2017 18:13)

Tarix: 23 Noyabr 2016 00:48

Rusiyanın Perm vilayətinin Vereşaqino şəhərində 20-dən çox məktəbli "kəskin enterokolit" diaqnozuyla xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Federasiyası Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, regional prokurorluq faktla bağlı yoxlama təşkil edib. İlkin informasiyaya görə, uşaqlar məktəbin yemək otağında nahardan sonra kəskin qarın ağrıları və ürək bulanmasından şikayət ediblər.

Zəhərlənmə ilə əlaqədar Vereşaqino Mərkəzi Rayon Xəstəxanasına "kəskin enterokolit" diaqnozuyla 2-4-cü siniflərdə oxuyan 24 şagird yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Prokurorluq məktəbin qida məhsulları ilə təminatının "Vereşaqino Uşaq Qida kombinatı" tərəfindən həyata keçirildiyini müəyyənləşdirib. (Report)


Teqlər:  ibtidai sinif şagirdi yeməkxanada zəhərləndi



RƏYLƏR


Top xəbərlər