350-dən çox qaçqın Türkiyəyə sığındı

350-dən çox qaçqın Türkiyəyə sığındı
02:33 23 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərinin terrorçulardan təmizlənilməsi məqsədilə keçirilən hərbi əməliyyatlar öncəsi şəhərdən qaçmış 352 qaçqın Türkiyəyə sığınıb.

Publika.az xəbər verir ki, bu barədə "Habertürk" xəbər yayıb. Məlumata görə, İraqdan qaçaraq Türkiyəyə sığınan 352 iraqlı türkmən, ərəb Kayseridə tibbi yoxlanışdan keçirildikdən sonra Türkiyənin bir sıra şəhərlərinə gediblər.

Onlar təxminən bir ay əvvəl Suriya sərhədindən Hataya gəliblər. Jandarm və polis İdarəsində avtobuslara mindirilən qaçqınlar Kayseri Miqrasiya İdarəsinin Mərkəzinə yerləşdiriliblər.

Mühacirlər bu gün axşam saatlarında Təhsil və Araşdırma Xəstəxanasının Sağlamlıq İdarəsindən tibbi yoxlanışdan keçirildikdən sonra sərbəst buraxılıblar.

Qaçqınların əksəriyyəti terminala gedərək Ankara və İstanbula üz tutub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR