Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Goranboyda oğurluq hadisəsi baş verib

Goranboyda oğurluq hadisəsi baş verib

Date: 23 November 2016 03:07

Bakı. 23 noyabr. REPORT.AZ/ Goranboy rayonunda oğurluq hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb. 
Belə ki, kənd ərazisində fəaliyyət göstərən və Rais Kərimova məxsus marketə gecə saatlarında daxil olan naməlum şəxslər mağazanın müşahidə kameralarını sındıraraq, videoyazını yaddaşda saxlayan qurğunu özləri ilə aparıblar. Oğrular həmçinin 600 manat pul, 3 min manatdan çox dəyərində tütün və digər ərzaq məhsulları da oğurlayıblar. 
R.Kərimov özü marketin qarət olunmasından səhər saatlarında xəbər tutub. Belə ki, o, mağazanın kilidlərinin sındırıldığını və obyektin talandığını görüb. 
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfndən araşdırma aparılır.





Tags:  Goranboyda oğurluq hadisəsi baş verib

RƏYLƏR


Top news