Nigar Arpadarai: “Formula-1-də infrastruktur hazırlığına gələn ilin martında başlanılacaq”

Nigar Arpadarai: “Formula-1-də infrastruktur hazırlığına gələn ilin martında başlanılacaq”
04:03 23 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Mötəbər beynəlxalq yarışların və tədbirlərin keçirildiyini məkana çevrilən Azərbaycan cari ilin iyununda Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edərək yenidən dünyanın diqqətini özünə cəlb etdi. Şərq və Qərb mədəniyyətini özündə birləşdirən Bakı bu dəfə yüksək sürət, həyəcan və adrenalini ilə paytaxt sakinlərinin və qonaqların zövqünü oxşamağı bacardı. 2017-ci ildə ölkəmizdə ikinci dəfə təşkil olunacaq Qran-priyə hazırlıq işlərinə artıq start verilib. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai görülən işlərlə bağlı müsahibə verib.

Publika.az müsahibəni təqdim edir.

- Nigar xanım, Formula-1 Avropa Qran-prisinin növbəti mövsümünə hazırlıq işləri necə gedir?

- Gələn il təşkil olunacaq yarışın hazırlıqlarına artıq start verilib. Əvvəlcə qeyd etmək istərdim ki, dekabrın 1-dən biletlərin satışına start veriləcək. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) hazırkı təqviminə görə, yarışın keçirilməsi gələn il iyunun 18-nə nəzərdə tutulub. Lakin bu tarix dəyişdirilə bilər. Çünki dekabrın birinci həftəsində FIA-nın konqresində Formula-1 təqvimi elan olunacaq və Azərbaycanda da yarışın dəqiq vaxtını biləcəyik. Ötən il yarış Avropa Qran-prisi altında keçirilmişdi. Ancaq cari mövsümün əvvəlindən yarışın adının dəyişdirilməsi ilə bağlı FIA-ya müraciət etmişik. Əgər təklifimiz qəbul olunarsa, 2017-ci ildə yarış Formula-1 Azərbaycan Qran-prisi adlandırılacaq. Bununla bağlı qərar yaxın günlərdə qəbul olunacaq və dekabrın əvvəlində FIA-nın konqresində elan ediləcək.

- Yarışın ölkə daxilində və beynəlxalq miqyasda təbliği istiqamətində hansı işlər görülür?

- Təbliğat işləri ilə bağlı çox ciddi planlarımız var. Keçən il olduğu kimi, bu il də əsas hədəfimiz Avropa ölkələrində təbliğat kampaniyalarının təşkil edilməsidir. Bu istiqamətdə işimizi daha çox internet vasitəsilə, əsasən onlayn qaydada aparmağa çalışacağıq. Həmin internet resurslarında yarışın reklamları yerləşdiriləcək. Yerli azarkeşlər üçün də maarifləndirmə kampaniyalarının təşkili nəzərdə tutulub. Bu kampaniyalar çərçivəsində onlar Formula-1 haqqında, pilotların həyatı və idmanın bu növünün qaydaları barədə ətraflı məlumat əldə edəcəklər. Bununla bağlı videoçarxlar və xüsusi verilişlər hazırlanacaq.

Yaxın zamanlarda səfirlər proqramı da fəal olacaq. Kimlərin bu proqrama qoşulacağını yaxın günlərdə elan edəcəyik. Keçən il olduğu kimi, bu il də möhtəşəm əyləncə proqramı təşkil ediləcək. Yarışdan əlavə paytaxt sakinləri və qonaqlara konsert proqramları təqdim olunacaq. Konsertdə hansı dünya ulduzlarının çıxış edəcəyi hələ sirr olaraq saxlanılır. Ancaq azarkeşlərə maraqlı şou vəd edirik. Bu möhtəşəm yarışı və əyləncə proqramını izləmək istəyənləri biletləri əldə etməyə çağırıram.

- Nigar xanım, yeni mövsümlə əlaqədar trekdə hazırlıq işlərinə nə vaxtdan başlanılacaq? Hazırlıq prosesində Bakı şəhər halqasında hansı işlər görüləcək?

- Ötən il Bakının küçələrində, trasın keçdiyi ərazilərdə təmir işləri aparılmışdı. Bunun da əsas məqsədi şəhərin Formula-1 trasına çevrilməsi idi. Asfalt qatı, tribunalar və təhlükəsizlik baryerlərinin quraşdırılması müəyyən vaxt tələb edirdi. Növbəti mövsümdə bu işlər daha az görüləcək. Tribunalar, beton bloklar və təhlükəsizlik baryerləri artıq bizdə var. Lazım olan vaxtda onlar anbarlardan götürülərək quraşdırılacaq. Qarajların yerləşdiyi pit-binası isə yarışdan sonra sökülməyib. Asfalt qatı beynəlxalq standartlara cavab verdiyi üçün yenilənməyəcək. Sadəcə qənbər daşları olan küçədə yeni asfalt qatı salınacaq. Biz qənbər daşlarını zədələmədən ilk yarışımızı uğurla təşkil etdik. Digər işlər isə qısa vaxt tələb edəcək. Çalışacağıq ki, paytaxt sakinlərini narahat etmədən işlərimizi görək. Şəhərdə infrastrukturun hazırlanması prosesinə gələn ilin martından start veriləcək. O vaxtadək isə əsasən təbliğat və reklam işləri ilə məşğul olacağıq.

- Fernando Alonso növbəti mövsümdə də Avropa Qran-prisinin rəsmi elçisi olacaqmı?

- Tanınmış pilot Fernando Alonso çox güman ki, bu il Qran-prinin rəsmi elçisi olmayacaq. Lakin bu məsələ ilə əlaqədar digər məşhurlarla danışıqlar aparılır. Yaxın günlərdə həmin şəxsin adı açıqlanacaq.

- Bakı Marşal Klubunun fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Bakı Marşal Klubu fəaliyyətini yüksək səviyyədə davam etdirir. Yerli marşallarımız Bəhreyndə təşkil olunan yarışlara qatılıblar. Klub olaraq, sektor marşalların fəaliyyətini yüksək qiymətləndirirəm. Lakin onlar üçün də treninq və təlimlər təşkil olunacaq. Düşünürəm ki, marşallarımız daha yaxşı təcrübə qazanaraq, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edəcəklər. (Azərtac)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49

"Qəbələ"dən ikinci qələbə - VİDEO

20 Avqust 2017 22:47

Kişilərin bəyəndiyi qadın tipləri

20 Avqust 2017 22:47

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

20 Avqust 2017 22:43

Türkiyədə mikroavtobus dərəyə aşıb

20 Avqust 2017 22:38

"Kəpəz"i darmadağın etdilər - VİDEO

20 Avqust 2017 22:37

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

20 Avqust 2017 22:27

Ağstafada 5 ev yanır

20 Avqust 2017 22:19

54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO

20 Avqust 2017 22:18

Ağstafada 5 fərdi ev yanır

20 Avqust 2017 22:09

Parisdə terrorun qarşısı alındı

20 Avqust 2017 21:56

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 21:52

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

20 Avqust 2017 21:48

"Çelsi" London derbisində qələbə qazandı

20 Avqust 2017 21:45

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55

Norveçdə muzeydən Vikinqlər dövrünə aid 400 əşya oğurlandı

20 Avqust 2017 20:48

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

20 Avqust 2017 20:47

"Sahil" stansiyası bu gündən bağlanır

20 Avqust 2017 20:41

Daşqınlar 700 can aldı

20 Avqust 2017 20:34

5G şəbəkəsi genişlənir

20 Avqust 2017 20:33

Suriya müxalifəti Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq

20 Avqust 2017 20:32

Düyü ilə orqanizmin təmizlənməsi

20 Avqust 2017 20:28

Monika yenə də təəccübləndirdi - FOTOLAR

20 Avqust 2017 20:18

Ramil Quliyevdən növbəti qələbə

20 Avqust 2017 20:10

Oğuzda ağır qəza: 3 ölü, 4 yaralı

20 Avqust 2017 20:09

Yerə səfər etmiş ən qədim yadplanetlinin skeleti aşkarlandı - FOTOLAR

20 Avqust 2017 20:03

Oğuzda ağır yol qəzası olub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

20 Avqust 2017 19:53

Oğuzda ağır yol qəzası: 3 nəfər öldü, 4-ü isə yaralandı

20 Avqust 2017 19:52

"Zirə"nin baş məşqçisi: "Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq"

20 Avqust 2017 19:47

Tanınmış iş adamı xəstəxanaya aparıldı

20 Avqust 2017 19:39

İraq Təlafər üzərinə hücuma keçib

20 Avqust 2017 19:38

Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

20 Avqust 2017 19:28

Vertolyot qəzaya uğrayıb

20 Avqust 2017 19:23

Azərbaycan əsilli şəxs Rusiyada məşhur idmançını öldürməkdə şübhəli sayılır - FOTO - VİDEO

20 Avqust 2017 19:18

1 nəfər dənizdə batdı

20 Avqust 2017 19:14

Dünyanın ən iyrənc yeməyi - VİDEO

20 Avqust 2017 19:08