Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Stoltenberq: "Türkiyə heç vaxt NATO-un birliyinə qarşı addımlar atmayacaq"

Stoltenberq: "Türkiyə heç vaxt NATO-un birliyinə qarşı addımlar atmayacaq"

Date: 23 November 2016 04:47

Bakı. 23 noyabr. REPORT.AZ/ "Türkiyə heç vaxt NATO-un birliyini və kollektiv müdafiəni dağıda bilən addımların atılması təşəbbüsü ilə çıxış etməyəcək".
"Report" "Hürriyyət"ə istinadən xəbər verir ki, bu bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Cümhuriyyətinin prezidenti Tayyib Ərdoğan bildirib ki, Türkiyə, soyuq müharibədən başlayaraq, NATO-un ayrılmaz hissəsi olub. İttifaqın fəaliyyətinin siyasi və hərbi dəstəyini göstərməyə davam edir.
"NATO-nun gücü və müvəffəqiyyəti o fakta əsaslanır ki, alyansın bir üzvünə hücum baş verərsə, bu, bütün müttəfiqlərdə reaksiya doğuracaq. Və mən tamamilə əminəm ki, Türkiyə heç vaxt kollektiv müdafiəni məhv edə biləcək, eləcə də maddə 5-i (NATO-nun müqavilələrini) poza biləcək heç nə etməyəcək" – deyə Stoltenberq "Hurriyet" nəşrinə müsahibəsində bildirib.


Tags:  Stoltenberq Türkiyə heç vaxt NATO-un birliyinə qarşı addımlar atmayacaq


RƏYLƏR


Top news