Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyədə antiterror əməliyyatı keçirilib, saxlanılanlar var

Türkiyədə antiterror əməliyyatı keçirilib, saxlanılanlar var

Date: 23 November 2016 05:52

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda antiterror əməliyyatı keçirilib.
"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, Şanlıurfa Cümhuriyyəti Baş Prokurorluğu tərəfindən aparılan terror istintaqı çərçivəsində Suruç rayonunda Şanlıurfa Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən əvvəldən müəyyən edilmiş ünvanlarda xüsusi əməliyyat təşkil olunub. 
Əməliyyat zamanı Demokratik Bölgələr Partiyasının rayon üzrə rəsmisi Feryal Çelikbaş, bələdiyyə üzvü Mehmet Şakir və Esvet Şenyaşar da daxil olmaqla 4 nəfər saxlanılıb.
Şübhəli şəxslər tibbi yoxlanışdan keçirildikdən sonra polis idarəsinə gətiriliblər.


Tags:  Türkiyədə antiterror əməliyyatı keçirilib saxlanılanlar var

RƏYLƏR


Top news