Ermənilərə Qarabağda "yağ-bal" vəd edilir - Əhali ölkədən qaçır - FOTO

Ermənilərə Qarabağda "yağ-bal" vəd edilir - Əhali ölkədən qaçır - FOTO
07:17 23 Noyabr 2016
924 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın kriminal hərbi-siyasi rejiminin və Dağlıq Qarabağda olan separatçı-quldur dəstələrin fəaliyyəti nəticəsində əhalinin kütləvi şəkildə Ermənistanı və işğal olunmuş əraziləri tərk etmələri davam edir.

Bu günlərdə Ermənistan əhalisinin sayı açıqlanıb. Milli.Az xəbər verir ki, məlumata görə, bu ilin ilk 9 ayında Ermənistan əhalisinin sayı 4700 nəfər azalıb. 2016-cı il yanvarın 1-nə isə Ermənistan əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər az olub.

Ümumiyyətlə, 1991-ci ildə "müstəqillik" əldə etdikdən sonra Ermənistan əhalisinin sayının rəsmi olaraq 634,7 min nəfər azaldığı göstərilir. Müstəqil tədqiqatçıların hesablamalarına görə isə Ermənistanı son illər 700 mindən çox adam tərk edib və hazırda bu ölkədə faktiki yaşayanların sayı 1 milyon 200 min nəfərdən artıq deyil.

Ölkədə hökm sürən rejim demoqrafik böhranın qarşısını almaq məqsədilə müxtəlif yollara əl ataraq dünyanın başqa qaynar nöqtələrində yaşayan ermənilərin də Ermənistana və işğal edilmiş ərazilərə köçürülməsinə çalışır.

Milli.Az-ın məlumatına görə, Ermənistanın kütləvi informasiya vasitələrində verilən, sosial şəbəkələrdə də 19.11.2016-cı ildə yayımlanan shanttv.com-da "Dirkerum" verilişində - guya ön xətdəki hərbi hissənin mövqelərindən nümayiş etdirilən verilişin titr hissəsində əks olunan anons xarakterli məlumatlarda maraqlı məqamlar yer alır. Belə ki, yazılarda bildirilir ki, yük maşını sürücüləri, mexanizatorlar, maşın elektrikləri, qaynaqçılar ailələri ilə birlikdə daimi yaşamaq üçün şəraiti tam təmin olunmaqla işğal olunmuş Laçın rayonuna dəvət olunurlar. Bildirilir ki, gənc və çoxuşaqlı ailələrə üstünlük veriləcək. 



Lakin reallıqda nəinki işğal olunmuş bölgələrdə, eyni zamanda, Ermənistanın özündə, bölgələrdə ictimai-siyasi və sosial-iqtisadi vəziyyət o dərəcədə acınacaqlıdır ki, hətta Suriyadan od-alovun içindən qaçan erməni ailələri İrəvandan başqa heç bir yerdə yaşamağa razı olmur, Avropa və digər ölkələrdə məskunlaşmağa üstünlük verirlər.

İlkin İzzət

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR