Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yanğın: ölən var

Bakıda yanğın: ölən var

Date: 23 November 2016 07:57

Bakı şəhəri Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunmuş və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Tags:  Bakıda yanğın ölən var

RƏYLƏR


Top news