Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ramil Şeydayevin komandası yeni stadiona köçür

Ramil Şeydayevin komandası yeni stadiona köçür

Date: 23 November 2016 08:27

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - Türkiyənin "Trabzonspor" klubu ötən gün Super Liqanın 11-ci turu çərçivəsində "Hüseyn Avni Aker" stadionunda sonuncu ev oyununu keçirdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Trabzon klubu bundan sonrakı ev oyunlarını yeni inşa etdirdiyi "Akyazı"da keçirəcək.

Buradakı ilk matç Super Liqanın 14-cü turunda baş tutacaq. Həmin gün "Trabzonspor" "Adanaspor"la qarşılaşacaq.

Qeyd edək ki, yeni stadion 41 461 azarkeş tutumuna malikdir. Arenanın yanında klub 7 meydançaya malik baza da inşa etdirir.

Milli.Az


Tags:  Ramil Şeydayevin komandası yeni stadiona köçür

RƏYLƏR


Top news