Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda qadını stəkanla qətlə yetirən şəxslərin apellyasiya şikayətinə baxılıb

Bakıda qadını stəkanla qətlə yetirən şəxslərin apellyasiya şikayətinə baxılıb

Date: 23 November 2016 08:27

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, V.İsayev və Ş.Məhərrəmovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, bu il aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətlər olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu V.İsayev və Bakı şəhər sakini Ş.Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirildiyi müəyyən edilib və onlar tutulublar.
V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzüyü və iki ədəd qızıl sırğanı təhvil veriblər.
Məlum olub ki, qonşusu V.İsayev və Ş.Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetirib. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İsayev 20 il və Ş.Məhərrəmov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.


Tags:  Bakıda qadını stəkanla qətlə yetirən şəxslərin apellyasiya şikayətinə baxılıb

RƏYLƏR


Top news