Acından ölməmək üçün yoldaşlarını yeyən, cəsədləri dondurulan səyyahlar - FOTO

Acından ölməmək üçün yoldaşlarını yeyən, cəsədləri dondurulan səyyahlar - FOTO
08:42 23 Noyabr 2016
188 Maraqlı
Ölkə mətbuatı
A- A+

Təxminən 171 il əvvəl iki gəmi İngiltərədən yola çıxdı və geri qayıtmadı. Milli.Az publika.az-a istinadən bildirir ki, "Franklinin itkin səfəri" olaraq adlanan bu hadisə hələ də sirr olaraq qalır.

1845-ci ildə ingilis səyyahı Con Franklinin başçılığı ilə 134 nəfərlik heyət "HMS Erebus" və "HMS Terror" adlı gəmilərlə İngiltərənin Grinhize limanından yola çıxır. Şimali Amerikanın şimal sahillərinin tədqiqi məqsədi ilə yola düşən dövrünün ən yeni texnologiyası ilə təchiz olunmuş gəmilərdə bütün heyət üçün üç illik azuqə toplanmışdı.

Səfərin ilk üç ayında beş adam qrupdan çıxarılaraq evinə göndərilir və kəşfiyyat qrupunda 129 nəfər qalır. Bundan sonra yaşananlar isə hələ də sirr olaraq qalır.

Bu hadisə haqqında illərlə bir çox müzakirə edildi, tədqiqatçıların çoxu gəmilərin şimal qütbdə buzlaqlara toqquşaraq batdığını düşündü. 1850-ci ildə amerikalı və ingilis tədqiqatçılar tərəfindən səfər bölgəsində tapılan üç məzar Franklinin qrupuna aid yeganə dəlili tapmağa imkan verdi. Tədqiqatçılar 1854-ci ildə bölgədə yaşayan eskimolarda Franklinin qrupuna aid bəzi əşyaların olduğunu görür və onlardan insan sümüklərinin tapıldığı məntəqələrin yerini öyrənirlər. Tapdıqları sümüklərin çoxu qırılmış və zədəli olduğu üçün tədqiqatçılar qrupun adamyeyənlər tərəfindən öldürüldüyü qənaətinə gəldilər.
1980 və 90-cı illərdə aparılan araşdırmalar adamların yeyildiyi ehtimallarını təsdiqləyir, ancaq bunu aborigenlərin törətmədiyi aydın idi. Çünki, tapılan sümüklərdə bıçaq izləri var idi və bu isə qrupun üzvlərinin aclıqdan yoldaşlarının ətini yediyini göstərirdi.

Antropoloq Oven Beattie 1984-ci ildə tapılan 138 illik mumiyalanmış cəsəd kəşf etdiyində, cəsədin mükəmməl şəkildə qorunduğunu görərək qrupun başına gələn macəranı araşdırmağa başladı.

20 yaşlı Con Torrinqtona məxsus olan bu cəsədin yanında yazı həkk olunan lövhə var idi. Bu lövhədə Torrinqtonun 1 yanvar 1846-cı ildə 20 yaşında öldüyü yazırdı. Üzərində düymələri dəniz qabığından düzəldilmiş boz rəngli pambıqlı köynək və kətan şalvar olan Torrinqtonun gözləri 138 il keçməsinə baxmayaraq, canlılığını qoruyurdu. Cəsəd yarılanda, onun ölərkən təraşlı üzə və uzun qəhvəyi saçlara sahib olduğu məlum olur. Həmçinin, heç bir zədə və ya yaralanma izi olmadığı bilinir. 1.65 metr boyu və 40 kiloqramlıq ağırlığı olan Torrinqtonunn ölüm səbəbinin qida çatışmazlığı olduğu ehtimal edilir. Daha bir ehtimal onun zəhərli güllədən ölməsi idi. Ancaq ölüm səbəbi hələ də qəti olaraq bilinmir.

129 adamın öldüyü bu səfərdə gəmilərdən biri 2014-ci ildə, digəri isə 2016-ci ildə tapılıb. Bu sirr dolu səfərdə cəsədləri tapılan üç adamın Bichey adasında cəsədləri dondurulmuş saxlanılmaqdadır.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/491886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR