Obama və Tramp arasında növbəti görüş keçirilib

Obama və Tramp arasında növbəti görüş keçirilib
08:47 23 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentləri Barak Obama və Donald Tramp arasında noyabrın 10-da Ağ Evdə keçirilən danışıqlardan sonra daha bir görüşün keçirildiyi məlum olub.   

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.   
 
"Prezident Oval kabinetdəki məlum görüşdən sonra Donald Trampla azı bir dəfə danışıqlar aparıb", - deyə Ernest Vaşinqtonda brifinq zamanı bildirib.    
 
Ağ Ev nümayəndəsi görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR