Bakıda yanğın olub, xəsarət alan var

Bakıda yanğın olub, xəsarət alan var
08:47 23 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 6 m2 olan taxta konstruksiyalardan ibarət köşk və onun yaxınlığına yığılmış taxta qırıntıları 1 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 00:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/492078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR