Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda bəzi yollar buz bağlayıb: bu küçələrdə sıxlıq var

Bakıda bəzi yollar buz bağlayıb: bu küçələrdə sıxlıq var

Date: 23 November 2016 09:09

Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti səbəbindən  bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu səbəbdən hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində, xüsusən də Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

 

Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı 20 yanvar dairəsi, Tbilisi prospektindən şəhər istiqamətində, Yusif Səfərov küçəsindən şəhər istiqamətində və Babək prospektindən şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.

 

Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.   

 


Tags:  Bakıda bəzi yollar buz bağlayıb bu küçələrdə sıxlıq var


RƏYLƏR


Top news