Mario Balotelli Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq "Nitsa" - "Şalke" oyununu buraxacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə fransız klubu açıqlama yayıb.
Bildirilib ki, italiyalı hücumçu məşqdə zədələndiyi üçün məlum görüşü buraxmalı olacaq.
Bu mövsüm "Nitsa"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 7 qol vuran Mario yenidən formasını bərpa edir.
Qeyd edək ki, adıçəkilən görüşü azərbaycanlı FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Milli.Az