Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu yollar buz bağladı, tıxac yarandı

Bu yollar buz bağladı, tıxac yarandı

Date: 23 November 2016 09:23

Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq və şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Publika.az-a verilən məlumata görə, hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində xüsusən də, Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı, 20 yanvar dairəsi Tbilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.

Diqqətinizə çatdırırıq ki, BNA müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür.


Tags:  yollar buz bağladı tıxac yarandı

RƏYLƏR


Top news