"Xudat Tikinti-16" ASC-dən MMC-yə çevrilir

"Xudat Tikinti-16" ASC-dən MMC-yə çevrilir
09:42 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Yanvarın 7-də "Xudat Tikinti-16" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq saat 10:00-da Xaçmaz rayonu, Xudat şəhəri, Axundov küçəsi,1 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə müəssisənin icra orqanının rəhbərinin yenidən seçilməsi, onun MMC formasında yenidən təşkil edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Xudat Tikinti 16" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 19,8 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 9 900 səhm əsasında formalaşıb. Təxminən ay yarım bundan əvvəl Bakı Fond Birjasında ASC-nin 9 089 səhminin (91,8%-lik səhm zərfi) alqı-satqısı ilə bağlı əqd bağlanılıb və bununla da onun əsas sahibi dəyişib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/xudat-tikinti-16-asc-den-mmc-ye-cevrilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR