Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ İrana qarşı sanksiyaları aradan qaldırdı

ABŞ İrana qarşı sanksiyaları aradan qaldırdı

Date: 23 November 2016 09:58

ABŞ hökuməti İrana “Airbus” şirkətinin istehsal etdiyi 118 ədəd sərnişin təyyarəsinin satılması ilə bağlı sanksiyanı aradan qaldırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın “Airbus” aviaşirkəti məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Sərmayələrə Nəzarət İdarəsi (OFAC) “İran Air” aviaşirkətinin sifariş verdiyi 20 milyard dollar dəyərində təyyarə satışına icazə verdiyini açıqlayıb.

Razılıq 2016-cı ilin yanvarında Parisdə imzalanan sazişə əsasən verilib.

Bundan əlavə, “İran Air” aviaşirkəti bu ilin iyun ayında ABŞ-ın “Boeing” şirkəti ilə də əməkdaşlıq müqaviləsi imzalayıb. Əməkdaşlığa əsasən, İran hava yolları şirkəti ABŞ-dan “Boeing 737” və “Boeing 777” model sərnişin təyyarələri alacaq.

Xatırladaq ki, “Airbus” şirkəti Fransaya məxsus olsa da, istehsal etdiyi təyyarələrin 10 faizi ABŞ-ın payına düşür. Şirkətin nizamnaməsində də qeyd olunur ki, “Airbus” təyyarələrinin satıldığı ölkələr Vaşinqtonla razılaşdırılmalıdır.

Vasif Həsənli


Tags:  ABŞ İrana qarşı sanksiyaları aradan qaldırdı

RƏYLƏR


Top news