Nazirlik: Bakıda müvəqqəti sığınacaqların təşkil edilməsi ilə bağlı yayılan məlumatlar yanlışdır

Nazirlik: Bakıda müvəqqəti sığınacaqların təşkil edilməsi ilə bağlı yayılan məlumatlar yanlışdır
10:07 23 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda müvəqqəti sığınacaqlar təşkil etməyib".
Nazirliyin 142 - “Çağrı mərkəzi”dən "Report"a verilən məlumata görə, ötən gecə paytaxtda qar yağması və şaxtalı hava müşahidə olunmasından sonra müvəqqəti sığınacaqların yaradılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat yanlışdır: "Bakıda bugünlərdə nazirlik heç bir sığınacaq təşkil etməyib. Bakının Nərimanov rayonu, Xətai prospekti, 11, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 69, Xətai rayonu, Sarayev küçəsi 20, Xəzər rayonu, A.Ildırım küçəsi 18 və Nizami rayonu, Q.Qarayev küçəsi, 118 ünvanlarında 5 günlük sığınacaq mərkəzləri yaradılması ilə bağlı yayılan məlumat 2014-cu ilə aiddir".

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bakida-muveqqeti-siginacaqlarin-teskil-edilmesi-ile-bagli-yayilan-melumatlar-yanlisdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR