Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Müəllimə azyaşlı qızı 10 minə satarkən saxlanıldı - FOTO

Müəllimə azyaşlı qızı 10 minə satarkən saxlanıldı - FOTO

Date: 23 November 2016 10:08

Ukraynanın Xarkov vilayətində polis 13 yaşlı qızı 10 min dollara satmağa çalışan müəlliməni həbs edib.

Bu barədə Ukrayna DİN rəhbəri Arsen Avakov bildirib.

Onun sözlərinə görə, müştəri müəlliməyə qızın orqan transplantasiyası üçün alındığını söyləyib.

KİV-in məlumatına görə, Qalina Kovalenkonun Ukrayna və rus dili ədəbiyyatı üzrə 20 ildən artıq müəlliməlik stajı var.

“Qalina Kovalenko bir il ərzində 13 yaşlı qızın satışı üçün öz “biznes plan”ını hazırlayıb. O, uşağı uğursuz bir ailədən öz internatına götürüb və daha sonra müştəri axtarıb”, -deyə Avakov vurğulayıb.

Məlumata görə, əməliyyatın özü dörd ay davam edib. Qadın uşağı müştəriyə satıb, pulu alan zaman həbs edilib. Günahı sübut olunacağı təqdirdə onu 12 ilədək həbs cəzası gözləyir. (BBC)




Tags:  Müəllimə azyaşlı qızı 10 minə satarkən saxlanıldı FOTO

RƏYLƏR


Top news