Bakıdan Şarcaya uçuşlar başlayır - FOTO

Bakıdan Şarcaya uçuşlar başlayır - FOTO
10:12 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Sindbad Travel" turizm agentliyinin direktoru Emil Əliyev bildirdi ki, martın 16-dan AirArabia aviaşirkəti Şarca (BƏƏ) - Bakı - Şarca istiqamətində uçuşlara başlayır.

Air Arabia - Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən yaşlı dövlət aviaşirkətidir. Bu gün Air Arabia regionun ən böyük uçuş şirkətlərindən olub BƏƏ-dən (Şarca Aeroportundan) Yaxın Şərq, Cənub-Şərq, İran körfəzi, Hindistan, Mərakeş, Misir və başqa yerlərə uçuşlar həyata keçirir.

Şirkətin A320 təyyarə salonlarının xüsusiyyətlərindən biri oturacaqlar arasında olan məsafənin 80 sm-ə yaxın uzadılmasıdır (bu, ekonom sinif kabinlər üçün standartdan daha çoxdur), belə ki, adi 180 sərnişin
oturacaqlarının əvəzinə Air Arabia salonlarında yalnız 162 oturacaq yerləşdirilmişdir. Bu isə uzun uçuşları belə rahat keçirməyə imkan verir.

Air Arabia ilə uçuşların dəyəri dünyanın ən münasib qiymətlərindən biridir. Buna baxmayaraq, şirkət mütəmadi olaraq sərfəli bilet qiymətləri azaltmaq istiqamətində müxtəlif aksiyalar həyata keçirir.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/492108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR