Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

28 nəfər tibb bacısı imtahanından keçə bilməyib

28 nəfər tibb bacısı imtahanından keçə bilməyib

Date: 23 November 2016 10:23

Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan orta tibb işçilərinin sertifikasiya imtahanları keçiriib.

Publika.az Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda yazılı olmaqla müsahibə mərhələsinin də sualları paylanılıb.

İmtahanlara cəlb olunan 92 tibb bacısından 83 nəfəri növbəti mərhələdə iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 55 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 28 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.


Tags:  nəfər tibb bacısı imtahanından keçə bilməyib

RƏYLƏR


Top news