Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

5 klub ÇL-in 1/8 finalında

5 klub ÇL-in 1/8 finalında

Date: 23 November 2016 10:27

Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçirilən 8 oyundan sonra 1/8 finala yüksələn komandalardan daha 5-nin adı məlum olub. 

"E" qrupunda "Monako" sona 1 tur qalmış həm növbəti mərhələyə vəsiqəni, həm də qrup birinciliyini təmin edib. Moskvada xal itirməsinə baxmayaraq, "Bayer Leverkuzen" də 1/8 finala adlayıb. Çünki son turda Almaniya klubunun "Tottenhem"lə oyunlarda xalları bərabərləşsə belə, şəxsi oyunlardakı göstəriciyə görə rəqibini qabaqlayacaq. 

"F" qrupunda mübarizə aparan "Real" da 1/8 finala vəsiqəni rəsmiləşdirib. 

"Kral klubu" kimi ÇL-in debütantı "Lester", eləcə də favoritlərdən olan "Yuventus" da ən yaxşı 16 komanda arasına yüksəliblər. 

Milli.Az


Tags:  klub ÇL-in 18 finalında

RƏYLƏR


Top news