FTB Bred Pittə qarşı ittihamlar irəli sürməyəcək

FTB Bred Pittə qarşı ittihamlar irəli sürməyəcək
10:37 23 Noyabr 2016
42 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Məşhur amerikalı aktyor Bred Pittin uşaqlarının biri ilə pis rəftar etməsi barədə məlumat yoxlanıldıqdan sonra ona qarşı ittiham irəli sürülməməsinə və bu işin bağlanmasına qərar verilib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosundan bildiriblər.
Bundan əvvəl məsələni araşdıran Los-Anceles Ailə və Uşaq Departamentinin əməkdaşları eyni nəticəyə gəliblər.
Qeyd edək ki, məşhur Hollivud aktyoru bu ilin sentyabr ayında Fransadan Los Ancelesə doğru uçuş həyata keçirən özəl təyyarənin göyərtəsində baş vermiş mübahisə zamanı 15 yaşlı oğlu Meddoksla kobud rəftar etməkdə şübhəli bilinirdi.
Onu da əlavə edə ki, bu ilin sentyabr ayında aktyorun özü kimi məşhur aktrisa həyat yoldaşı Ancelina Coli həllounmaz fikir ayrılıqlarına görə boşanma ərizəsi verib. O, altı uşağının təlim-tərbiyəsiylə təkbaşına məşğul olmaq üçün müstəsna hüquq almaq istəyir.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/ftb-bred-pitte-qarsi-ittihamlar-ireli-surmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR