Paytaxtda AĞIR QƏZA - "BMW" və "Nissan" toqquşdu: yaralılar var

Paytaxtda AĞIR QƏZA - "BMW" və "Nissan" toqquşdu: yaralılar var
10:37 23 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocəsən qəsəbəsində ağır yol qəzası olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Xocəsən qəsəbəsində "BMW" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Nissan" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 sərnişini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 08:42-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR