Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AMEA Yüksək Texnologiyalar Parkının yaradılacağı ərazi açıqlandı

AMEA Yüksək Texnologiyalar Parkının yaradılacağı ərazi açıqlandı

Date: 23 November 2016 10:47

AMEA-nın Yüksək Texnologiyalar Parkı Təcrübə-Sənaye Zavodunun ərazisində təşkil olunacaq və burada fəaliyyət göstərən özəl şirkətlər, investorlar müraciət edib, Ekspertiza Şurasından keçdikdən sonra texnoparkın rezidenti olacaqlar.

Milli.Az xəbər verir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, bunu akademiyanım İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev deyib.

Şöbə rəisi Azərbaycanda bu günə qədər iki növ texnoparkın fəaliyyət göstərdiyini, AMEA Yüksək Texnologiyalar Parkının da bu siyahıya daxil olduğunu qeyd edib: "Texnoparklar innovativ layihələri olan şirkətlər üçün cənnətməkan hesab olunur və xüsusi güzəştli imtiyazlı ərazi sayılır. Texnopark ekosisteminin baza prinsiplərinə əsasən burada biznes inkubasiya prosesi həyata keçiriləcək. Bazar üçün əlverişli olan məhsullara dair layihələr seçilib inkişaf etdiriləcək. Yüksək Texnologiyalar Parkı formalaşdıqdan sonra YT Parkda investor və şirkətlərə müxtəlif xidmətlər təklif olunacaq. Texnopark ekosistemində uğurlu layihələr şirkətə çevriləcək və beləliklə universitetlərdə, elmi-tədqiqat müəssisələrində əldə olunan nailiyyətlər istehsal prosesinə yönələcək".

Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov isə zavodun əsas vəzifəsinin elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması, eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarət olduğunu bildirib. V.Abbasov qeyd edib ki, zavodda artıq ölkədə böyük tələbat olan keyfiyyətli yağlar, sürtkü materialları, yuyucu vasitələri, təbii sular və digər məhsullar istehsal edilir.

Milli.Az


Tags:  AMEA Yüksək Texnologiyalar Parkının yaradılacağı ərazi açıqlandı

RƏYLƏR


Top news