Qərb Universitetində master-klass keçirilib

Qərb Universitetində master-klass keçirilib
10:52 23 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Avropa Dizayn İnstitutunun (İstituto Europeo di Design) nümayəndələri ilə Qərb Universiteti tələbələri arasında “Azerbaijan Fashion Week” layihəsi çərçivəsində ənənəvi görüş keçirilib.
Universitetin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə İED Venesiya şöbəsinin direktoru İgor Efrem Zanti və region üzrə menecer Olqa Myelkova iştirak ediblər.
Qərb Universitetinin Dizayn kafedrasının müdiri Pərvanə Əliyeva təhsil ocağının İED ilə əməkdaşlığının önəmli olduğunu qeyd edərək gələcəkdə mübadilə proqramları çərçivəsində bir çox layihələrin baş tutacağına ümid etdiyini söyləyib.
Görüşdən sonra Efrem Zanti “İtaliya və Azərbaycan dizaynın müqayisəli analizi” mövzusunda mühazirə oxuyub və tələbələrin suallarını cavablandırıb. 



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/qerb-universitetinde-master-klass-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR