Londonda liderlik savaşı, "Beşiktaş" üçün çətin sınaq - YENİLƏNİR

Londonda liderlik savaşı, "Beşiktaş" üçün çətin sınaq -   YENİLƏNİR
10:57 23 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında V tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.

 

A qrupunda növbəti mərhələyə vəsiqənin sahibləri bəllidir. Ötən turda 1/8 finala yüksəlməyi rəsmiləşdirən “Arsenal”la PSJ qrup birinciliyini müəyyənləşdirməlidirlər. “Ludoqorets”lə “Bazel” isə 3-cü yerə uğrunda çəkişəcəklər.

 

B qrupunda “Dinamo”nu (Kiyev) qəbul edən “Napoli” qalib gələcəyi təqdirdə 1/8 finala yüksələcək. “Beşiktaş”ı isə “Benfika” ilə çətin dueli gözləyir. Lakin İstanbul klubun taleyi öz əlindədir. Türkiyə təmsilçisi evdə uduzmasa, növbəti mərhələ şansını saxlayacaq.



C qrupunda “Mançester Siti” “Borussiya”ya qalib gələrsə, özü ilə bərabər  “Barselona”nı da 1/8 finala daşıyacaq.vəsiqəni rəsmiləşdirəcək. “Barsa”nı “Seltik”lə səfər görüşündə bərabərlik qane edir.

 

D qrupunda isə növbəti mərhələyə vəsiqəni təmin edən “Atletiko” ilə “Bavariya” autsayderləri sınağa çəkəcəklər.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

 

23 noyabr

 

A qrupu

23:45. “Arsenal” (İngiltərə) – PSJ (Fransa)

23:45. “Ludoqorets” (Bolqarıstan) – “Bazel” (İsveçrə)

 

1. Arsenal 4 3 1 0 12-3 10

2. PSJ 4 3 1 0 9-3 10

3. Bazel 4 0 1 3 2-8 1

4. Ludoqorets 4 0 1 3 4-13 1

 

B qrupu

21:45. “Beşiktaş” (Türkiyə) – “Benfika” (Portuqaliya)

23:45. “Napoli” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

 

1. Benfika 4 2 1 1 6-5 7

2. Napoli 4 2 1 1 9-7 7

3. Beşiktaş 4 1 3 0 6-5 6

4. Dinamo K. 4 0 1 3 2-6 1

 

C qrupu

23:45. “Borussiya” (Münhenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə)

23:45. “Seltik” (Şotlandiya) – “Barselona” (İspaniya)

 

1. Barselona 4 3 0 1 14-4 9

2. Mançester Siti 4 2 1 1 10-8 7

3. Borussiya M. 4 1 1 2 4-7 4

4. Seltik 4 0 2 2 4-13 2

 

D qrupu

21:00. “Rostov” (Rusiya) – “Bavariya (Almaniya)

23:45. “Atletiko” (İspaniya) – PSV (Hollandiya)

 

1. Atletiko 4 4 0 0 5-1 12

2. Bavariya 4 3 0 1 11-3 9

3. Rostov 4 0 1 3 3-10 1

4. PSV 4 0 1 3 4-9 1



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-londonda-liderlik-sava-quotbeiktaquot-ucun-ctin-snaq-t54372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR