Bu ay 14 nəfər dəm qazından zəhərlənib

Bu ay 14 nəfər dəm qazından zəhərlənib
10:59 23 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu ayın ilk 20 günlüyü ərzində ümumilikdə 14 nəfər dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə müraciət edib.

 

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a açıqlamasında deyib ki, onlardan 10 nəfəri xəstəxanaya qəbul olunub, vəziyyətləri orta ağırdır: “Dəm qazı ilə bağlı müraciət edənlərin 2-si uşaqdır. Ölüm halı qeydə alınmayıb".

 

A.Maqsudov qeyd edib ki, qeydə alınan dəm qazı zəhərlənmələri əsasən hamam otaqlarında baş verib.

 

A. Maqsudov əlavə edib ki, bu günə kimi sirkə turşusundan zəhərlənmə ilə bağlı 3 nəfər xəstəxanaya müraciət edib.  Bu şəxslərin hamısı müayinə olunaraq evə buraxılıb.

 

Dərmanların allergik reaksiyası ilə bağlı xəstəxanaya müraciət edən 5 nəfərin 3-ü xəstəxanaya yerləşdirilib, müayinə olunaraq evə yazılıb.  Dərmandan zəhərlənmə əsasən qripə qarşı istifadə olunan antibiotiklərdən baş verib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR