Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Meral Konrat: “Uşaq kimi aldadıldım, Fəxrəddin bunu etməli idi” - FOTOLAR

Meral Konrat: “Uşaq kimi aldadıldım, Fəxrəddin bunu etməli idi” - FOTOLAR

Date: 23 November 2016 11:03

Meral Konrat Türk Film Festivalının Nizami Kino Mərkəzində keçirilən təntənəli açılışında iştirak edib.

Publika.az xəbər verir ki, türkiyəli aktrisa gecədə jurnalistlərin suallarını cavablandırıb. Bakı üçün darıxdığını bildirən Meral Konrat F. Manafovun onu aldatmasını da bildirib:

“Sözsüz ki, sizin Təhminəniz olmaqdan çox-çox məmnunam. “Təhminə və Zaur” filminin 2-ci verisyası çəkilə bilər. Sürpriz layihələrimiz var. Ancaq təəssüf ki, Zülfiyyə Xanbabayevanın kpilində anlaşılmazlıq yarandı. Çünki mənə onda “Təhminə 2" filmi çəkiləcəyini demişdilər. Zülfiyyə Xanbabayevanın isə filmin musiqisini ifa edəcəyini bildirdilər. Mən də inandım. Əgər bunu Fəxrəddin bilmirdisə, mənə deməli deyildi. Mənə klip üçün dəvət edildiyimi bildirməli idilər. Məni sanki uşaq kimi aldatdılar. Bu işdən pul almadım. Buraya Fəxrəddinin sözlərinə güvənərək gəldim. Fəxrəddin dedi ki, gəl "Təhminə 2" tanıtım çarxını çəkək, ssenarini göndərəcəyik, müqavilə üçün yenidən dəvət edəcəyik. Sözsüz ki, Aldadıldığıma görə Fəxrəddindən küsmüşəm. Pul önəmli deyil. İnsan zəng edər ki, Meral xanım tanıtım filmi üçün çəkdik, amma film alınmadı. Amma klip çəkilirmiş. Ondan sonra Fəxrəddin bəyə dəfələrlə zəng etdim. Filmin ssenarisini soruşacaqdım, amma zənglərimə cavab vermədi. Bir müddət sonra "Nərgiz" jurnalı üçün Bakıya gəldim. Fəxrəddinlə birlikdə fotolar çəkdirdik. O mövzunun açılmasını istədim, amma onda da heç nə soruşa bilmədim. Belə hallar olanda insan qardaşına da əsəbiləşir. Fəxrəddinlə qardaş kimi olmuşuq. Fəxrəddin ən azından ona görə məndən üzr istəməli idi, onu da etmədi. Mən məhkəməyə verib təzminat davası açdıra, çoxlu pul da qazana bilərdim. Amma etmədim, çünki Fəxrəddini sevirəm. Zülfiyyə xanıma da çox hirsliyəm. Zülfiyyə xanımla burada tanış oldum. O, tanınmış sənətçi ola bilər, amma sənətçi olaraq bu alətə ortaq olmaq heç xoş deyil. Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayeva məndən üzr istəməlidir. Bu gün Fəxrəddin Manafovun gələcəyini bilmirəm. Amma dəvət edilib".

Qeyd edək ki, Fəxrəddin Manafov Türk Filmlər Həftəsinə dəvət edilsə də, iştirak etməyib.

Aytən

Fotolar: Elçin Murad

















Tags:  Meral Konrat Uşaq aldadıldım Fəxrəddin bunu etməli idi FOTOLAR

RƏYLƏR


Top news