Türkiyənin mesajlarına NATO-dan cavab

Türkiyənin mesajlarına NATO-dan cavab
11:03 23 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən gündəmə gətirdiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Ankaranın Rusiya ilə S-400 zenit-raket kompleksi ilə bağlı bəyanatlarına NATO-dan cavab gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi alyansın baş katibi Yens Stoltenberq sözügedən məsələləri şərh edib.

O, bildirib ki, Türkiyənin NATO-nun kollektiv müdafiəsini ehtiva edən 5-ci maddəsini heç bir zaman zəiflətməyəcəyindən əmindir.

“Türkiyə prezidenti çox açıq bir şəkildə NATO və kollektiv müdafiə qaydalarımıza bağlılığını ifadə etdi. Bu Türkiyə və bütün Avropanın təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Mən qəti şəkildə əminəm ki, Türkiyə heç bir şəkildə kollektiv müdafiə anlayışını, beşinci maddəni və NATO birliyini zəiflədəcək heç bir şey etməyəcək”, - NATO-nun rəhbəri bildirib.

Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasına gəlincə, Yens Stoltenberq Türkiyənin əldə edəcəyi müdafiə sisteminin NATO-ya uyğun olmasının vacibliyini xatırladıb.

Xatırladaq ki, Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan Avropa İttifaqı ilə danışıqların ləğv ediləcəyi və Türkiyənin ŞƏT-ə üzv ola biləcəyi barədə xəbərdarlıq edib. ŞƏT-in qurucularından olan general Leonid İvaşov bildirib ki,Türkiyə bunun üçün NATO-dan çıxmalıdır.

Rusiya şərtini açıqladı: “Türkiyə NATO-dan çıxmalıdır”

Türkiyənin müdafiə naziri Fikri İşık ötən həftə bildirib ki, Türkiyə S-400 böyük və orta mənzilli zenit-raket sistemlərinin alınması haqqında Rusiya ilə danışıqlar aparır.

NATO-ya ZƏRBƏ: Türkiyə S-400 alır

Türkiyə S-400 böyük və orta mənzilli zenit-raket sistemlərinin alınması haqqında Rusiya ilə danışıqlar aparır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR