Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama: "O, sadəcə yaxşı insandır" - VİDEO - FOTO

Obama: "O, sadəcə yaxşı insandır" - VİDEO - FOTO

Date: 23 November 2016 11:05

ABŞ prezidenti Barak Obama Ağ evdə ölkədə ən ali mülki mükafat sayılan Azadlıq Medallarının (Medals of Freedom) təqdim olunması mərasimini keçirib.

Milli.Az ABC-yə istinadən bildirir ki, medallar məşhur sənətçilərə, idmançılara və xeyriyyəçilərə təqdim olunub.

"Bu gün ruhumuzu yüksəldən, birliyimizi möhkəmlədən, bizi tərəqqiyə aparan möhtəşəm amerikalıların xidmətlərini qeyd edirik. Builki mərasim xüsusilə önəmlidir, çünki laueratlar müstəsna insanlardır", - Barak Obama deyib.

Azadlıq Medalı 21 nəfərə təqdim olunub.

Onların arasında məşhur aktyorlar Robert de Niro, Robert Redford və Tom Henks, əfsanəvi basketbolçular Maykl Cordan və Kərim Əbdül Cabbar, teleaparıcı Elen DeCeneris, "Microsoft" korporasiyasının sahibi Bill Geyts və onun xanımı Melinda Geyts, çağdaşlığın ən böyük memarları arasında yer alan Frenk Qeri və Mayya Lin, "Apollo" kosmik layihəsinin proqram təminatçılarından biri Marqaret Hemilton, müğənnilər Brüs Sprinqstin və Dayana Ross da var.

ABŞ-ın ilk kompüter dahilərindən biri, kontr-admiral Qreys Hopper və aborigenlərin hüquqlarının müdafiəçisi Eluiz Kobell ölümlərindən sonra medala layiq görülüblər.

Hər bir laureat barədə danışan Barak Obama deyib: "Robert de Niro oynadığı rollarda detallara fikir verir və onün xüsusi nəzəri, baxışı var. Elen DeCeneris 20 il əvvəl qeyri-ənənəvi cinsi mənsubiyyətindən danışaraq risk etdi. "Salli" filmi isə göstərdi ki, biz Tom Henkslə heç zaman səyahətə yollanmamalıyıq. Lakin Tom Henks yaxşı insandır. Bu isə insanın ala biləcəyi ən yaxşı tituldur".

Milli.Az

























Tags:  Obama sadəcə insandır VİDEO FOTO


RƏYLƏR


Top news