Eldar Mahmudovun oğlunun yazışmaları yayıldı

Eldar Mahmudovun oğlunun yazışmaları yayıldı
11:12 23 Noyabr 2016
1075 Ölkə
Ölkə mətbuatı
A- A+

Eldar Mahmudovun əmisi oğlunun bahalı maşını - FOTO (07 May 2017 10:52)
Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi - İNTERPOLDA (28 Mart 2017 11:14)
Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi (28 Mart 2017 10:52)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işləri üzrə məhkəmə prosesini davam etdiyi bir zamanda adı keçən adamların törətdiyi əməllər barədə hər gün yeni məlumatlar ortaya çıxır.

Milli.Az xəbər verir ki, qafqazinfo nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov və "AzİnTelekom" MMC-nin rəhbəri Cəlil Cəfərovun əlbir olaraq "Cartburg NC" şirkəti ilə güzəştli şərtlərlə müqavilə bağlanılmasına razılıq əldə etməklə külli miqdarda pul mənimsəməsi epizodu üzrə telefon yazışmalarını əldə edib.

"Cartburg NC" şirkəti sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki Ayaz Kərimovun olub. Telefon yazışmalarından görünür ki, A.Kərimov bu işdə sadəcə təşkilatçı olub, şirkət faktiki olaraq A. Mahmudovun nəzarətində olub. Belə ki, cinayət işi materiallarında A. Kərimov A. Mahmudova ayda 1 və ya 2 dəfə "SMS" yazaraq Rabitə Nazirliyi ilə "Cartburg NC" şirkəti arasında aparılan danışıqlar barədə hesabat verib və qarşı tərəfin müvafiq tapşırıqları əsasında növbəti addımlar atılıb.

"Azərcell" mobil operatorunun rəsmi məktubunda A. Mahmudovun istifadəsində olan telefon nömrəsinin sabiq nazir Eldar Mahmudovun adına rəsmiləşdirildiyi aydın olur. Sabiq nazirin adına olan nömrə ilə A. Kərimovun istifadəsində olan telefon nömrəsi arasında yazışmalara 10 dekabr 2012-ci ildən başlanıb. Mesajların əksəriyyəti rus və ingilis dillərində yazılıb.

Növbəti yazışmada sabiq deputat Çingiz Əsədullayevin də bu işin içində olduğu bəlli olur. 04 noyabr 2013-cü il tarixdə A.Kərimov sabiq nazirin oğluna: "Qardaş, səndə viber proqramı var? Onunla danışmaq yaxşıdır. Boş olanda, məni yığ, müzakirə edək. Avadanlığın çatdırılması 60 iş günüdür. Biz gərək məsələləri tez həll edək. Lazım olarsa, Çingizlə danışa və ona girov üçün sifariş edəcəyimin siyahısını verə bilərəm", - deyə mesaj yazır. Mahmudov isə: "Ok, yaxşı. Mən də artıq layihəni hazırladım", - cavabını göndərir.

31 avqust 2013-cü ildə A.Kərimov A.Mahmudova: "Qardaş, salam, təcili görüşmək lazımdır. Təzə xəbərlər var", noyabrın 1-də "Təbriklər, müqavilə imzalandı", 18 noyabrda "Qardaş, salam. Başa düşürəm ki, məşğulsan, lakin mən bu gün mütləq bilməliyəm ki, avadanlığı hansı şirkətə göndərim. Əgər bu Caspian Cristal olacaqsa, o zaman mənə əlaqəli şəxsi bildir və mən özüm onunla danışaram. Ya da mən öz şirkətimin adına gətirə bilərəm, onda sadəcə aeroportda gömrükdə razılıq olmalıdır", 06 dekabrda "Qardaş, təbrik edirəm. Avadanlığı quraşdırdılar və işə saldılar. Allah xeyir-bərəkət versin" məzmunlu mesajlar yazıb.

Bu işlərin texniki tərəfi həll olduqdan sonra tərəflər artıq rabitə naziri Əli Abbasovla danışıqlara başlayıblar. A. Mahmudov 2 aydan sonra, 27 fevral 2014-cü ildə Ayaz Kərimova məktub yazaraq Əli Abbasovla görüş təşkil etdiyini bildirib: "Salam, Ayaz. Bizim rəhbərlər bu gün danışıblar. Sabah mən MCIT-də (Ministry of Communication and İnformation Technology - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - red.) görüş təşkil edirəm, Əli Abbasovla görüşək, bu məsələni sonlandıraq".

Bundan sonra isə A.Kərimov nazir oğluna məktub yazaraq "SMS layihə" ilə bağlı hansı işlər görüldüyünü, hansıların görülməsi vacib olduğunu qeyd edərək onu tələsməyə çağırır. A.Kərimov A.Mahmudova aprelin 29-da "Salam, qardaş. SMS-lə bağlı danışa bilmədin? Türklər bizi gözləyirlər", iyunun 11 -də "Salam, qardaş. Bu gün Əli Abbasovun yanında oldum. O hər şeydən məmnundur", 23 sentyabrda "qardaş, nazirliklə həll etmək lazımdır. Sonra problemlər olacaq", 24 sentyabrda "Yoldaş Mahmudov", 25 sentyabrda "Anar, indi tikintiyə başlamasaq, onda avqustda onları işə salmaq mümkün olmayacaq və ən yaxşı məhsul ili itir. Bir də mənim moskvalı dostumun yanında yaxşı düşmür" məzmunlu mesajlar yazıb.

Növbəti ayların yazışmalarından Ayaz Kərimovun sabiq nazir Eldar Mahmudova ad günü hədiyyə aldığı bəlli olur. Noyabrın 27-də Anar Mahmudova: "Salam, qardaş. Necəsən? Mən Almaniyada müalicədəyəm və Bakıya yalnız sabah gələcəyəm. Mən papanın ad gününə kiçik hədiyyə hazırlamışam. Onu haraya gətirim?" - yazaraq soruşur. A.Mahmudov elə həmin gün: "Salam. Hər şey yaxşıdır. Müalicə necə gedir? Payın artıq olsun, bizim ofisə verə bilərsən", - deyə cavab verir.

Hədiyyə isə A.Mahmudovun ofisində yaxın adamı olan Orxan adlı şəxsi verilir: "Hər şey qaydasındadır, qardaş. Müalicə etdilər. Onda sabah səhər Elmar Orxanla əlaqə saxlayar və verər. Papanı mənim və Nananın adından təbrik et. Biz onu cox dəyərləndirir və sevirik" mesajından sonra ad günü mövzusunda hər hansı yazışma aparılmayıb.

Növbəti ilin ilk ayında Ayaz Kərimov keçmiş nazir Əli Abbasovla görüşərək məsələni həll edir. 11 yanvarda Anar Mahmudova "Qardaş, salam. Mən Əli Abbasovla turla əlaqədar danışdım. Hər şey yaxşıdır. Mənə əlaqə saxlamaq üçün adam ver" məzmunlu mesaj yazıb, ortağı isə ona Adil adlı şəxslə əlaqə saxlaması göstərişini verib.

2015-ci ilin may ayında isə artıq tərəflərin Əli Abbasovla görüşərək onu sərəncam verilməsinə razı saldıqları aydın olur: Mayın 6-da "Salam qardaş. Əli Abbasovla görüşdüm. Sərəncamla bağlı Hüseyn danışdı və ayın 14-nə görüş təyin edib. Hər şey yaxşıdır".

Qeyd edək ki, bu epizod üzrə A. Mahmudovun hər hansı formada cinayət işinə cəlb edilib-edilmədiyi bəlli olmasa da, A. Kərimov barəsində həbs qəti imkan tədbiri seçilib. O, ölkədən qaçdığı üçün barəsində axtarış elan edilib.

A. Kərimovun 2013-cü ilin oktyabr-dekabr aylarında sabiq nazir Əli Abbasovla 3 dəfə telefonla danışdığı müəyyən olunub.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İnsan orqanizminin QATI DÜŞMƏNLƏRİ: Sulu qəlyan, ətirli siqaretlər...

23 May 2017 07:43

Çində 11 mədənçi torpaq altında qalıb

23 May 2017 07:42

Hava şarları ilə internet paylaşılır

23 May 2017 07:42

Sürücülərə şad xəbər: “Sarı zolaq” qadağası bir neçə saata ləğv olunur

23 May 2017 07:39

WannaCry məhv edilə bilər

23 May 2017 07:37

Üç mənzilli penthaus - FOTO

23 May 2017 07:32

İki qadın bir pişiyə görə məhkəməyə düşdü

23 May 2017 07:29

Yeni smartfonda 3D olacaq

23 May 2017 07:27

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub: 19 ölü, 50 yaralı - FOTO

23 May 2017 07:27

Melanya Tramp İsraildə qırmızı xalı ilə gedərkən ərinin əlini kənara itələyib

23 May 2017 07:22

Tereza Mey Mançesterdəki partlayışları "dəhşətli terror aktı" adlandırıb

23 May 2017 07:15

İsveçin hava limanında BOMBA HƏYƏCANI

23 May 2017 07:13

Telegram-da artıq ödənişlər etmək olar

23 May 2017 07:12

Qobustanda gənc oğlan naməlum şəxslər tərəfindən döyülüb

23 May 2017 07:02

Ev üçün gözəl aksessuarlar - FOTO

23 May 2017 06:32

Boliviya prezidenti Donald Trampı zalım adlandırıb

23 May 2017 06:32

Venesuelada etiraz aksiyaları: 2 ölü

23 May 2017 06:15

Məşhur futbolçu öz toyuna əsayla gəldi - FOTO

23 May 2017 06:13

Antonio Konte İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib

23 May 2017 06:02

Özünü 5-ci mərtəbədən atan gənc öldü

23 May 2017 05:59

"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

23 May 2017 05:32

Fransada ev və emalatxana - FOTO

23 May 2017 05:32

“Danışan” kağız yaratdılar

23 May 2017 05:18

Tramp Amerika-İsrail münasibətlərini möhkəmləndirməyi davam etdirməyə söz verib

23 May 2017 05:15

Lüksemburqda meşə içində restoran - FOTO

23 May 2017 04:32

BMT-nin baş katibindən KXDR-yə MESAJ: "Dayan!"

23 May 2017 04:18

Parisdə bohem interyerli mənzil - FOTO

23 May 2017 03:32

İsrail əsgərləri fələstinli gənci öldürdülər

23 May 2017 03:26

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29