Sumqayıt teatrı yeni mövsümü əsaslı təmirdən çıxan binada açıb

Sumqayıt teatrı yeni mövsümü əsaslı təmirdən çıxan binada açıb
11:12 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+
Bakı. 23 noyabr. REPORT.AZ/ Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümünün açılışı olub.
“Report”un məlumatına görə, açılışdan əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Sonra Heydər Əliyev Mərkəzi, incəsənət məktəbi və yeni yaradılan bulvar kompleksi ilə tanışlıq olub.
Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı 60 ildən bəri ilk dəfə əsaslı təmir olunan və yenidən qurulan binada keçirilib. Əvvəlcə teatr binasının müasir avadanlıqlarla təchiz olunmuş konfrans zalına, iş, qrim və məşq otaqlarına baxış olub.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yeni teatr mövsümünün açılışının şəhərin 67-ci ildönümü ilə üst-üstə düşməsini xoş bir təsadüf adlandırıb. Z.Fərəcov ümummilli lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini söyləyib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, xüsusi qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır.
Z.Fərəcov ölkədə mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini, əsaslı təmir olunan binada fəaliyyətə başlayan Sumqayıt Dövlət Dram Teatrının tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtın mənalı təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb. 
“Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub”, - deyən nazir bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxunun bu sənət ocağının yetirmələri olduğunu xatırladıb. O, qısa müddətə teatrın binasının təmir olunmasını yüksək qiymətləndirib və bu teatrda önəmli tamaşaların nümayişinin ölkəmizin ictimai-siyasi həyatına da töhfə verəcəyini bildirib. Nazir qeyd edib ki, Sumqayıt həm asudə vaxtın, həm mədəni həyatın təşkili baxımından turist marşrutuna salınacaq və burada turizm otelləri tikiləcək.
Sonra bir qrup mədəniyyət işçisi və şəhər sakini Mədəniyyət və Turizm Nazirliyinin döş nişanı, fəxri fərmanları və Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub. Əməkdar artist Namis Şirməmmədov yaradılan şəraitə, yüksək qayğıya görə yaradıcı heyət adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Daha sonra M.F.Axundzadənin “Hacı Qara” tamaşası təqdim olunub. Traktovkası və aktyor improvizəsi ilə fərqlənən Sumqayıt teatrının "Hacı Qara”sında baş qəhrəman rolunu istedadlı aktyor Akif Mirzəyev oynayıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Firudin Məhərrəmov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.
















OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Beynimizə istədiyimiz məlumatı yükləmək mümkün olacaq

29 Mart 2017 17:44

"Azərbaycanlı futbolçular ilinə 600-700 min avro qazanırlar"

29 Mart 2017 17:42

Türkiyə məşhur terrorçunu tutdu - FOTO

29 Mart 2017 17:42

- Bu axşamdan Bakıda bəzi yollar bağlanacaq

29 Mart 2017 17:41

"Minlərlə insanın əmanətini niyə 1 ildən çox həbs altında saxlamalıyıq?" - SƏDR

29 Mart 2017 17:39

Britaniya nəşri: "Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək lazımdır"

29 Mart 2017 17:37

​“Xoşbəxt olsun bəylə gəlin”, “Qudam, ay qudam...”

29 Mart 2017 17:37

Dünyada hər beşinci mobil telefon saxtadır

29 Mart 2017 17:35

"Sərnişindaşıma sistemində çətinliklər var" - Baş direktor

29 Mart 2017 17:34

Amil Xəlildən Nəsib bəy və Yusif bəy haqqında eksklüziv ARAŞDIRMA

29 Mart 2017 17:33

Prezidentin Paris səfəri: müstəqil siyasətə dayanan qətiyyətli mövqe

29 Mart 2017 17:32

Bakıda avtobusda 20 yaşlı qıza qarşı CİNAYƏT

29 Mart 2017 17:29

Rusiya ordusunun sayı 1,9 milyon nəfərə çatdırılıdı

29 Mart 2017 17:29

"Neftçi" - "Qarabağ" matçını kim idarə edəcək?

29 Mart 2017 17:27

"Barselona"da Arda Turan şoku

29 Mart 2017 17:27

Səfirlikdən iranlı musiqiçinin Dağlıq Qarabağda verdiyi konsertə MÜNASİBƏT

29 Mart 2017 17:24

Rusiyanın Avropa Məhkəməsindəki nümayəndəsi vəzifəsindən azad edildi

29 Mart 2017 17:22

Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: "Utanıb, xəcalət çəksin"

29 Mart 2017 17:17

Dolların sabaha olan MƏZƏNNƏSİ

29 Mart 2017 17:14

Fransanın nüfuzlu qəzeti Ermənistanı ifşa etdi

29 Mart 2017 17:13

Manatın sabaha MƏZƏNNƏSİ

29 Mart 2017 17:12

"Ciddi tədbirlər görüləcək" - Bakı Nəqliyyat Agentliyi

29 Mart 2017 17:12

Manatın sabaha olan məzənnəsi açıqlandı

29 Mart 2017 17:11

Şəkili polisin rəisi ilə söhbəti izlənmə rekordu qırır - Cinayətkarı belə yaxaladı - VİDEO

29 Mart 2017 17:08

Ginnesin Rekordlar Kitabına düşən əsgər öldü: Ordu Sarkisyana qarşı etiraza qalxdı

29 Mart 2017 17:08

Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi - FOTO

29 Mart 2017 17:05

Qafqaz Müsəlmanları İdarəsindən dünya ictimaiyyətinə MÜRACİƏT

29 Mart 2017 17:05

DİQQƏT: bu müğənnilər virus daşıyıcılarıdır

29 Mart 2017 17:01

Bu axşam bəzi yollarda hərəkət məhdudlaşır

29 Mart 2017 16:58

Vahid taksi sistemi yaradıla bilər - TƏKLİF

29 Mart 2017 16:57

31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

29 Mart 2017 16:57

"Novruz festivalına bəzi günlərdə 50-60 min nəfər insan qatılıb"

29 Mart 2017 16:57

Livanın 82 yaşlı prezidenti yerə yapışdı - VİDEO

29 Mart 2017 16:53

Türkiyədəki qiyamın təşkilatçısı ABŞ konsulluğu ilə təmasda olub

29 Mart 2017 16:52

Bakı metrosunda bədbəxt hadisə

29 Mart 2017 16:51

Gec ana olmağın FAYDALARI

29 Mart 2017 16:48

Türkiyədə terror XƏBƏRDARLIĞI

29 Mart 2017 16:47

Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı

29 Mart 2017 16:47

Çoxmərtəbəli binada yanğın

29 Mart 2017 16:44

Nigar Camalın Londondakı evi - VİDEO

29 Mart 2017 16:42

Kişi və qızlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI

29 Mart 2017 16:38

Bu gündən Bakıda "Oyunlar zolağı"nın çəkilişinə başlanılır - Yollar bağlanacaq

29 Mart 2017 16:37

Bakı Ali Neft Məktəbində “Elektron hökumət” mövzusunda seminar keçirilib

29 Mart 2017 16:35

Bu axşam “Oyunlar zolağı”nın çəkilişinə başlanılır - Sürücülər, diqqət!

29 Mart 2017 16:34

General yol polisinin rəisi vəzifəsindən AZAD EDİLDİ - FƏRMAN

29 Mart 2017 16:33

Ermənilər üç azərbaycanlını avtomobildə yandırdı - Sən demə, arvadının oynaşı... DƏHŞƏTLİ FAKT

29 Mart 2017 16:33

Azərbaycanlı oliqarxlara görə keçmiş deputatın evində axtarış - Məşuqəsi tapıldı - FOTO

29 Mart 2017 16:32

Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO

29 Mart 2017 16:32

Azərbaycanda vahid taksi sistemi yaradılacaq

29 Mart 2017 16:29

Hitlerin nazirinə məxsus silahı qanunsuz ələ keçirən şəxsə hökm oxundu

29 Mart 2017 16:27