Türkiyədə yaşayan xalq artisti Azərin Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, müğənni “Türk Filimləri Həftəsi-Bakı” tədbirinin açılış mərasiminə qatılıb.
Gecəyə bacısı Zümrüdlə birlikdə gələn Azərin bildirib ki, mahnılarının bir neçəsinin müəllifi odur. İfaçı bəstəkarlıqla məşğul olan bacısının onun üçün yeni mahnılar da yazacağını deyib.
Foto: Ramin ASLANOV