Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Agentlikdən xəbərdarlıq - FOTO

Agentlikdən xəbərdarlıq - FOTO

Date: 23 November 2016 11:17

Taksi xidməti ilə məşğul olmaq istəyən şəxslər istifadələrində olan avtomobil üçün "Fərqlənmə nişanı" almalıdırlar. Paytaxtın inzibati ərazisində "Fərqlənmə nişanı"nı Bakı Nəqliyyat Agentliyi (BNA) verir.

Milli.Az "Fərqlənmə nişanı" alınması üçün proseduru təqdim edir.

BNA bəyan edir ki, "Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla nəzərdə tutulan tədbirlər görüləcəkdir:

"İlk növbədə sürücünün VÖEN-i olmalıdır. (VÖEN Vergilər Nazirliyində və ya ASAN xidmətin vergi bölməsində tək şəxsiyyət vəsiqəsi ilə heç bir ödəniş edilmədən alınır.)

Sürücü VÖEN-lə birgə istənilən müvafiq bank şöbəsinə yaxınlaşaraq orada 114321 təsnifat koduna müvafiq 18 AZN dəyərində olan rüsumu ödəyir. Bu zaman göstərilən bank xidmətinə görə əlavə 40 qəpik ödənilməsi də tələb olunur.

Ödənişi təsdiq edən qəbz, VÖEN, texpasport, varsa etibarnamə və yaxud lizinq sənədləri ilə birlikdə sürücü Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yaxınlaşır. Orada hec bir məbləğ ödəmədən həmin anda "Fərqlənmə nişanı"nı əldə edir".

Yusif Nəsirli

Milli.Az


Tags:  Agentlikdən xəbərdarlıq FOTO

RƏYLƏR


Top news