İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin 32-ci toplantısı başlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin 32-ci toplantısı başlayıb
11:22 23 Noyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul. 23 noyabr. REPORT.AZ/ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (İTƏDK) 32-ci toplantısı  başlayıb. 
"Report"un Türkiyə bürosunun məlumatına görə, mütəxəssislərin danışıqları ilə başlayan toplantıda bu gün Türkiyə prezidenti Rəcəb Tayyaip Ərdoğan çıxış edib.
Dövlət başçısı bildirib ki, Türkiyənin daxil olduğu bölgə böhranlarla mübarizə aparır. “Dövlətləri alt-üst edən böyük zəlzələlərin olduğu dövrdə yaşayırıq. Bu proses hamımıza təsir göstrir. Bu böhranlar İslam ölkələrinin demək olar ki, hamısını əhatə edir. Dünyanın yükünü isə bir qayda olaraq, biz çiyinlərimizdə daşıyırıq. Aralıq dənizi 5 min məzluma məzar olub. Suriya və İraqdan məcburi köç nəticəsində 10 minə yaxın uşaq itkin düşüb, onların taleyindən xəbər yoxdur”, - deyə, Rəcəb Tayyib Ərdoğan tədbirin açılşıında vurğulayıb.
Toplantıda 57 üzv və 5 müşahidəçi ölkələrin, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-stanbulda-i-slam-emekdasliq-teskilatinin-32-ci-toplantisi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR