"Azərbaycanla oyun göstərdi ki, daha çox işləmək lazımdır"

"Azərbaycanla oyun göstərdi ki, daha çox işləmək lazımdır"
11:32 23 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

"Seçmə mərhələnin ilk 4 oyunundakı nəticə məni qane edə bilməz".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan çexlər 4 oyundan sonra 5 xal toplayıblar və turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar.
 
Ölkəsinin mətbuatına açıqlama verən Yarolim komandasının çıxışını dəyərləndirib. "Qara zolaq"dan Norveçlə oyunda çıxan çexlərin çalışdırıcısı söhbət əsnasında Azərbaycanla heç-heçə etdikləri matçı da xatırladıb: "Təsəvvür edə bilməzdim ki, 4 oyundan sonra cəmi 1 qələbəmiz olacaq. 5 xalımız var, halbuki 2 və ya 4 xal artıq toplaya bilərdik. Ən yaxşı oyunumuzu son matçda Norveçə qarşı keçirdik. Komandada yeni oyunçular var. Onlar növbəti görüşlərdə də şans əldə etmək istəyirlər. Bu isə gələcəklə bağlı optimist düşünməyimizə imkan verir. Seçmə mərhələnin ilk 3 oyununda qol vura bilmədik. Bizim üçün ən böyük problem elə bu idi. Əgər Azərbaycan və Şimali İrlandiya ilə oyunlarda xal itirməsəydik, xoşbəxt olardıq. Həmin matçlar göstərdi ki, daha çox işləmək lazımdır".
 
Qeyd edək ki, millimizlə yanaşı, Şimali İrlandiya ilə də qolsuz bərabərliyə qalan Çexiya Almaniyaya uduzub (0:3), Norveçə isə qalib gəlib (2:1). 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR