Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bələdiyyələrin qanunsuz ayırdığı 860 ha torpaq sahəsi geri qaytarılıb

Bələdiyyələrin qanunsuz ayırdığı 860 ha torpaq sahəsi geri qaytarılıb

Date: 23 November 2016 11:37

Bu ilin 9 ayı ərzində Azərbaycanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun "Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir" məqaləsində deyilir.

Qeyd olunub ki, 9 ayda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 39 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 41 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb.

Milli.Az


Tags:  Bələdiyyələrin qanunsuz ayırdığı 860 torpaq sahəsi geri qaytarılıb

RƏYLƏR


Top news