Ağdamda avtomobil motosikletlə toqquşub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Baharlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əliağa Həsənovun idarə etdiyi motosikletlə qarşıdan gələn "VAZ-21011" markalı avtomobil toqquşub. Nəticədə motosikletdəki sərnişin, 1965-ci il təvəllüdlü Vaqif Məmmədov ağır bədən xəsarəti alaraq, Ağdam Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları avtomobilin sürücüsünün kimliyini araşdırır.
Milli.Az