"Ermənistanın silah almağa pulu yoxdur"

"Ermənistanın silah almağa pulu yoxdur"
11:42 23 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağın "müstəqilliyini" istəyən Ermənistan öz müstəqilliyini itirib.

Milli.Az xəbər verir ki, bu fikirləri azvision.az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 

O qeyd edib ki, "Bloomberg" agentliyinin Azərbaycanın son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməsi və bununla Avropada ən iri hərbi texnika idxalçısına çevrilməsi xəbəri müzakirə predmetinə çevrilib: "Bəlkə də, bu xəbər yerinə düşdü. Çünki bu xəbər Ermənistana anlatmalıdır ki, bu qədər silah və sursat hərbi kazarmalarda saxlanmaq üçün alınmır. Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Faktiki Azərbaycan gələcək hərbi toqquşmaya hazırlaşır. İndiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil. Azərbaycan cəmiyyətinin aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ ətrafındakı rayonların danışıqlar yolu ilə azad olunacağına ümidləri özünü doğrultmadı. Əksinə, ATƏT-in Minsk Qrupu həmsədrləri torpaqların azad olunmasını Dağlıq Qarabağın status müzakirələri ilə əlaqələndirdilər. Bu isə münaqişənin "paket həll" variantıdır ki, Azərbaycan heç bir halda bunu qəbul etməyəcək". 

Politoloqun fikrincə, danışıqlarda hazırki susqun gedişat Azərbaycanın siyasi dairələrində və ictimaiyyətində belə bir inam formalaşdırır ki, torpaqları geri almaq üçün mütləq ordudan istifadə etmək lazım gələcək: "Apreldəki döyüşlər də buna nümunədir. Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi geri aldı və Ermənistan bu yüksəklikləri yenidən nəzarəti altına almaq üçün əks-hücuma keçmədi. Reallıqla barışdı. Demək, Ermənistan daha böyük əraziləri itirməklə başqa reallıqla da barışa bilər. Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğal altındakı torpaqları geri qaytarmayacaq. Azərbaycan silah və hərbi texnikanı yalnız Dağlıq Qarabağ münaqişəsinə görə əldə etmir. Azərbaycan həssas bölgədə yerləşir. Belə bir bölgədə Azərbaycan mütləq şəkildə güclü orduya malik olmalı və silahlanmaya böyük pullar xərcləməlidir. 

Birincisi, Azərbaycan güclü ordu formalaşdırmaqla kənar müdaxilələrdən özünü qoruyur və sığortalayır. 

İkincisi, Yaxın Şərqdəki müharibələr və dövlətlərin parçalanması da Azərbaycanın güclü orduya malik olmasını diqtə edir. Dağlıq Qarabağ münaqişəsi olduğuna görə bölgənin böyük dövlətləri Azərbaycanın silahlamaya milyardlarla dollar xərcləməsinə normal yanaşırlar. Ancaq Azərbaycanın torpaqları işğal altında olmasaydı, böyük dövlətlər rəsmi Bakının silahlanmaya bu qədər xərcləməsini narahatlıqla qarşılayardılar". 

E.Şahinoğlu bildirib ki, Rusiyanın Ermənistana verdiyi "İsgəndər" raketləri hələ də müzakirə predmetidir: "Moskva Ermənistanla müqayisədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir. Ona görə də Moskva "İsgəndər" raketlərini Ermənistanda yerləşdirdi. Buna cavab olaraq rəsmi Bakı hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişməsinə çalışır. Hazırda Bakı yeni və modern silahların alınması məqsədilə Pakistan, İsrail, Türkiyə və Ukrayna ilə danışıqlar aparır. Bu ölkələrdən alınacaq yeni silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək. 

Hərbi balansın yenidən Azərbaycanın xeyrinə dəyişəcəyi vaxt uzaqda deyil. Azərbaycanın maliyyə gəlirləri ötən illə müqayisədə azalsa da, rəsmi Bakı əvvəlki illərdə olduğu kimi silah və hərbi texnikanın alınmasına milyardlarla dollar xərcləyəcək. Ermənistan bu yarışda Azərbaycanla ayaqlaşa bilmir. Bunu Ermənistan prezidenti Serj Sarkisyan da Rusiyanın "Sputnik" agentliyinə verdiyi son müsahibədə etiraf edib. Sarkisyanın ən böyük etirafı o idi ki, Ermənistanın silah almağa pulu yoxdur. Silah almağa pulu olmayan Ermənistan daha çox Rusiyaya sığınmalı olur və bu onun müstəqlliyini məhdudlaşdırır. Belə çıxır ki, illərlə Dağlıq Qarabağın "müstəqilliyi" uğrunda savaşan, Azərbaycan və Türkiyə ilə düşmən olan, vətəndaşlarını ölümə göndərən Ermənistanın özü müstəqilliyini itirib". 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hansı gilas daha faydalıdır - qırmızı yoxsa ağ?

28 İyun 2017 23:22

"Sezar" salatı haqqında bilmədikləriniz

28 İyun 2017 23:22

Bu qız hər kəsi dəli edir - VİDEO

28 İyun 2017 23:18

12 yaşında atdığı bu addım onu MİLYONÇU ETDİ

28 İyun 2017 23:17

Dünyanın ən bahalı şaurması hazırlandı: timsah əti, qızıl...

28 İyun 2017 23:12

Naməlum əl hamını ŞOKA SALDI - FOTO

28 İyun 2017 23:05

Uşaq dənizə girməkdən qorxursa, belə edin...

28 İyun 2017 23:05

Bütün dünya 30 il sonra şoka düşdü - FOTO

28 İyun 2017 23:05

Həyat yoldaşına sevgilisiylə XAİN TƏLƏ

28 İyun 2017 22:58

Bakı "İnter"inin baş məşqçisi: "Komandanı gücləndirmək əvəzinə ayaqda qalaraq dözürük"

28 İyun 2017 22:57

Falçının fırıldağı aranı qatdı - qohumlar arasında qalmaqal - VİDEO

28 İyun 2017 22:57

Falçının fırıldağı aranı qatdı -

28 İyun 2017 22:57

Xəzərdə SOCAR-ın 5 əməkdaşı xəsarət alıb

28 İyun 2017 22:55

İldırımvurma hallarının sayı artıb - Təbiət hadisəsindən necə qorunmaq olar? - VİDEO

28 İyun 2017 22:52

Bikinili nüvə elektrostansiyası işçiləri - FOTO

28 İyun 2017 22:52

2-3-cü əsrlərə aid insan cəsədləri tapıldı: "Yanğından qaçırlarmış..." - FOTO

28 İyun 2017 22:47

"İdeal ər" tamaşasında ər arvadının sevgilisini döydü - FOTO

28 İyun 2017 22:47

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar - DƏHŞƏTLİ HADİSƏ - VİDEO

28 İyun 2017 22:47

SOCAR əməkdaşlarını daşıyan gəmi qəzaya uğrayıb -

28 İyun 2017 22:47

"Differdanj"ın baş məşqçisi: "İndi "Zirə" barədə nəsə demək çətindir"

28 İyun 2017 22:42

Polşa Cənubi Qafqazda fəal siyasətə qayıdır

28 İyun 2017 22:38

Ölüləri basdırmayan, onlarla bir yerdə yaşayan MÜSƏLMAN ÖLKƏSİ - FOTO

28 İyun 2017 22:37

22 yaşlı oğlan çayda batıb

28 İyun 2017 22:37

Günəş kremləri alarkən diqqətli olun! - VİDEO

28 İyun 2017 22:37

Valideynlərin meşəyə atıb vəhşiləşdirdiyi uşaqlar - FOTO

28 İyun 2017 22:37

Bayram tətili başa çatdı: avtovağzallarda sıxlıq yaranıb - VİDEO

28 İyun 2017 22:32

22 yaşlı gənc çayda batdı - Kürdəmirdə

28 İyun 2017 22:29

Şimali Koreyadan ŞOK BƏYANAT:

28 İyun 2017 22:28

Yevlaxda 3 yaşlı uşağın başına gələn FACİƏ

28 İyun 2017 22:23

Aparıcı ər-arvad boşandı - Azərbaycanda - FOTO

28 İyun 2017 22:22

Əlinizdən düşməyən kitab haqqında bunları İLK DƏFƏ BİLƏCƏKSİZ - FOTO

28 İyun 2017 22:17

Qamışlıqda baş verən dava qətllə nəticələndi - VİDEO

28 İyun 2017 22:17

Dünyanın ən qorxunc CANLILARI - FOTO

28 İyun 2017 22:05

Ağsuda minik avtomobili yandı

28 İyun 2017 22:03

Xəzərdə qayıq qəzaya uğradı: 5 yaralı

28 İyun 2017 21:59

Cins şort geyinən xanımlar, bu FOTOLARA baxın

28 İyun 2017 21:57

"Qəbələ" növbəti transferini rəsmiləşdirdi -

28 İyun 2017 21:57

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTO

28 İyun 2017 21:52

Qaradağda dənizdə batan 1 nəfər xilas edilib

28 İyun 2017 21:50

“Qəbələ”də şotlandiyalı futbolçu

28 İyun 2017 21:49

Ronaldo ilə bağlı rəsmi açıqlama: GEDİR, yoxsa QALIR?

28 İyun 2017 21:48

Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜ

28 İyun 2017 21:47

Avropa Liqasında "Zirə"nin rəqibi olan Lüksemburq klubunun büdcəsi açıqlanıb

28 İyun 2017 21:47

Ağsuda minik avtomobili yanıb

28 İyun 2017 21:47

Yevlaxda 3 yaşlı uşaq kəsici alətlə oynayan zaman ağır xəsarət alıb

28 İyun 2017 21:42

Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT

28 İyun 2017 21:42

Əfsanəyə çevrilmiş, tarixin ən gözəl NİŞAN ÜZÜKLƏRİ - FOTO

28 İyun 2017 21:37

Bu xəbəri sürücülər mütləq oxusun! - VİDEO

28 İyun 2017 21:37

Azərbaycanın məşhur cütlüyü boşandı

28 İyun 2017 21:29

Dünya bu qızdan danışır - FOTOLAR

28 İyun 2017 21:28