Diqqət: bu video açılsa, telefon kilidə düşəcək

Diqqət: bu video açılsa, telefon kilidə düşəcək
11:42 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Məşhur "Vine" tətbiqinin Çin versiyası "Miaopai"də yerləşdirilən videolardan biri "iPhone" modellərinin kilidlənməsinə səbəb olur.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, sosial şəbəkəyə yerləşdirilən 5 saniyəlik video virus deyil. Lakin o video açılan zaman telefon sönür.

Telefon açılan zaman problem yaşana bilər. Bu zaman əsas düymə ilə telefonu kilidə salan düyməni 8 saniyə ərzində sıxıb saxlamaq lazımdır.

Qeyd edək ki, "Apple" şirkəti hələ məsələ ilə bağlı açıqlama verməyib.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/492102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR