"Shell" 380 işçisini ixtisar edir

"Shell" 380 işçisini ixtisar edir
11:47 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ “Shell” şirkəti (Böyük Britaniya - Niderland) Şotlandiyanın Qlazqo bölgəsində əməliyyatlarını azaldır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu 380 iş yerinin bağlanması ilə nəticələnəcək. 
İxtisarlar neftin qiymətinin aşağı olması fonunda həyata keçirilir. Bu isə Şimal dənizində neft hasilatı ilə bağlı minlərlə işçinin ixtisar edildiyi bir vaxtda Şotlandiya iqtisadiyyatına əlavə zərbə deməkdir. 
"Shell" bildirir ki, Qlazqoda 2018-ci ilin sonunadək maliyyə əməliyyatının dayandırılması barədə qərar rəqabətə dözmək üçün "çətin seçim"dir.
Qeyd edək ki, 2014-cü ilin ortalarında neftin bir barelinin qiyməti 100 dollardan çox, bu ilin əvvəlində isə 30 dollardan az olub. Son nəticədə şirkətlər yeni layihələrə sərmayəni kəskin azaldıb.
Beynəlxalq Enerji Agentliyi (BEA) bildirir ki, 2014-cü ildə "qara qızıl" bazarına 780 mlrd. ABŞ dolları (624 mlrd. ingilis funti) pul qoyulduğu halda, 2015-ci ildə bu rəqəm 200 mlrd.dollar (160,5 mlrd. funt) azalıb, bu il isə daha 140 mlrd. dollarlıq (112 mlrd. funtluq) azalma gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/shell-380-iscisini-ixtisar-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR