AİF-in yeni istiqraz emissiyasının paramentləri açıqlanıb

AİF-in yeni istiqraz emissiyasının paramentləri açıqlanıb
11:52 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) yeni istiqraz emissiyasının paramentləri açıqlanıb. Bu barədə "Report"a AİF-dən bildirilib.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni emissiyanın prospektinə əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.
Məlumata görə, qiymətli kağızlar 3 600 gün (təxminən 10 il) müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 3% təşkil edəcək. Faizlər 180 gündən bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
"Milli valyuta ilə illik 3% gəlirlilik mövcud şəraitdə aşağı olsa da, düşünürük ki, istiqrazları rahatlıqla realizə etmək mümkün olacaq. Əvvəlki illərdə olduğu kimi hüquqi şəxslər - kommersiya bankları və sığorta şirkətləri onları alacaqlar. Bununla belə, fiziki şəxslərin də bu qiymətli kağızları əldə etməsinə heç bir məhdudiyyət olmayacaq ", - deyə Fonddan qeyd edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ai-f-in-yeni-istiqraz-emissiyasinin-paramentleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR